HAVAYOLU YÜKDAŞIMASI

Sizə ən uyğun xidməti təqdim etmək üçün hava nəqliyyatında böyük həvəslə çalışırıq.

Tam zamanında olan çatdırılmanın siz müştərilər üçün önəminin çox olduğunu bilib, sizə Havayolu Yükdaşıma xidmətlərimizi təklif edirik. Havayolu yükdaşıma xidmətlərimizdə bütün daşınabilən yüklərinizi dünyanın istənilən yerinə, istənilən ticarət nöqtələrinə hava yolu ilə asanlıqla çatdırırıq. 

Məhsul və sektorda hərhansı bir şübhə olmadan bütün karqoları havalimanından havalimanına vəya qapıdan qapıya üsulu Havayolu Yükdaşıma ilə ən münasib və rəqabətçi qiymətlərlə daşıyırıq. Eyni zamanda bu xidmətlərdən əlavə sizin istək və tələblərinizə uyğun əlavə Havayolu Yükdaşıma xidmətlərini də həyata keçiririk. 

Havayolu Yükdaşıma şirkətləri arasında sizə ən uyğun və güvənilir xidmətləri təklif etmək, ən tez yükdaşıma xidmətlərini həyata keçirmık üçün əzmlə çalışırıq. Qlobal mühitdə olan zəngin beynəlxalq əməkdaşlıqlarımızla sizin yüklərinizin poblemsiz və güvənilir formada çatdırılacağının təminatını veririk.

İşinizin uğurlu olması və məhsuldarlığınız üçün beynəlxalq Havayolu Yükdaşımadakı bütün yenilikləri izləyirik və öz sahəmizdə hər gün özümüzü inkişaf etdirərək ən böyük hava yük şirkətlərindən biri olmağa sürətlə irəliləyirik. İlk andan son çatdırılma mərhələsinə qədər hava yüklərinizi diqqətlə izləyirik, tədarük zəncirinizin hər zaman nəzarətdə olmasını təmin edirik, beləliklə idxalçı və ixracatçı şirkətlərin bütün ticarət əlaqələrini təmin edirik.

Effektivliyinizi artırmaq üçün Havayolu Yükdaşıma  xidmətindəki bütün təcrübələrimizdən istifadə edirik. Ən sürətli göndərmə metodlarından biri olan hava yükləri ilə 60-dan çox ölkə ilə əlaqə qururuq ki, bütün kiçik və ya geniş miqyaslı köçürmələriniz dünyanın ən uzaq məsafələrinə belə asanlıqla çata bilsin. İNTRANSCO olaraq dünyanın ən ucqar nöqtələrinin hər gün sizə və şirkətinizə daha yaxın olmasını təmin edirik. Hava yük daşıması həllərimiz sayəsində sizin və dünyadakı istehsal tərəfdaşlarınızın gülümsəməsi üçün qlobal həllər təqdim etməyə davam edirik.

Salam! Sizə necə kömək edə bilərəm?
x